Paytaxtda narkobaron saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Paytaxtda narkobaron saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Gündəm 13 Yanvar 2026 13:13

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN-dən Sitat.info-ya verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Zaur Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.

Ondan 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.