İran XİN bəyanat yayıb: “İqtisadi böhranın əsas səbəbi ABŞ sanksiyalarıdır”

İran XİN bəyanat yayıb: “İqtisadi böhranın əsas səbəbi ABŞ sanksiyalarıdır”
Gündəm 08 Yanvar 2026 11:22

Dünən İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ-nin İranla bağlı açıqlamasının qətiyyətlə pisləyib.

Sitat.info xəbər verir ki, nazirliyin bəyanatında bu mövqeyin İranın daxili işlərinə qarışmaq, ölkədə iğtişaş və qeyri-sabitlik yaratmaq məqsədi daşıdığı vurğulanıb.

Bəyanatda iqtisadi problemlərin əsas səbəbi olaraq ABŞ-nin qeyri-qanuni sanksiyaları göstərilir və bu addımların beynəlxalq hüquqa zidd olduğu qeyd olunur.
Nazirlik vurğulayıb ki, İran xalqı müstəqilliyini və milli suverenliyini qorumaqda qərarlıdır və xarici təzyiqlərə qarşı mövqeyini dəyişdirməyəcək.