Qaz xəttinə çırpılan maşın aşdı - FOTO

Qaz xəttinə çırpılan maşın aşdı - FOTO
Gündəm 27 Dekabr 2025 15:50

Naxçıvanda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

Sitat.info xəbər verir ki, hadisə Şahbuz rayon Biçənək kəndində qeydə alınıb. Avtoqəza nəticəsində qaz xətti qırılıb. Təhlükəsizlik səbəbilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Qaz xəttinə çırpılan maşın aşdı - FOTO