Əfsanəvi futbolçu baş məşqçisi olduğu klubda oğlunu meydana buraxdı

Əfsanəvi futbolçu baş məşqçisi olduğu klubda oğlunu meydana buraxdı
Gündəm 28 Noyabr 2025 17:30

Niderland millisinin əfsanəvi futbolçusu Robin van Persi baş məşqçisi olduğu “Feyenoord”un heyətində oğlu Şakil van Persini meydana buraxıb.

Sitat.info xəbər verir ki, o, ötən gecə Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda “Seltik”lə matçda oğluna şans verib. 

Ş.van Persi 49-cu dəqiqədə meydana çıxıb. O, bununla da Niderland klubunun heyətində debüt edib.