Almaniyada qaz kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı həbs edilib

Almaniyada qaz kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı həbs edilib
Gündəm 28 Noyabr 2025 17:00

Almaniyada qaz kəmərlərinin partladılmasında şübhəli bilinən Ukrayna vətəndaşı həbs edilib.

Sitat.info xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, Ukrayna vətəndaşı Sergey K. "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin partladılmasında təqsirləndirilir.