Staravoytovanı Jirinovskinin adamı öldürüb? – Rusiya mediasından İDDİA
Sitat.info xəbər verir ki, “Novaya qazeta Evropa” ölümünün 27-ci ildönümündə bədnam qadının qətli ilə bağlı ortaya ilginc iddia atıb.
Qəzetin yazığına görə, Starovoytovanın qətlini sifariş edən şəxs LDPR-in sabiq deputatı, “Tambovskoye” mütəşəkkil cinayət birliyi ilə sıx əlaqələri olan Vyaçeslav Şevçenko olub.
“Novaya qazeta Evropa”nın sənədlərə istinadən məlumatına görə, bu adı bilən yeganə şəxs cinayətin təşkilatçısı, 2005-ci ildə 20 il həbs cəzasına məhkum edilmiş Yuri Kolçin idi. Onun Şevçenkonun adını istintaqa deyib-demədiyi isə məlum deyil.
Bununla belə, Şevçenkonun adı hələ 2005-ci ildə icraçı və təşkilatçı üzrə məhkəmə başlamazdan əvvəl iş materiallarında çəkilirdi. O, mümkün sifarişçilərdən biri kimi göstərilsə də, bu iddia versiya olaraq qaldı.
Şevçenkonun özünü 2004-cü ildə – istintaqın “Starovoytova işi”nə yenidən qayıtmasından beş il əvvəl öldürmüşdülər.
Nəşrin məlumatına görə, istintaq Şevçenko versiyasını genişləndirməyib, çünki belə ittiham “siyasi effekt yaratmırdı və əksinə, hüquq-mühafizə orqanlarının Jirinovskinin partiyası və 1990-cı illərin sonundakı Sankt-Peterburq kriminal mühiti ilə narahatedici əlaqələrini üzə çıxarırdı”.
Xatırladaq ki, Qalina Starovoytova 1998-ci ilin noyabrın 20-də Sankt-Peterburqda mənzilinin qapısı qarşısında qətlə yetirilib.