ABŞ Ukrayna “Patriot”larını modernləşdirir

ABŞ Ukrayna “Patriot”larını modernləşdirir
Gündəm 19 Noyabr 2025 19:00

ABŞ Dövlət Departamenti Ukraynaya 105 milyon dollarlıq “Patriot” hava hücumundan müdafiə sistemləri üçün avadanlıq və xidmət satışını təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında bildirilib.

Paket Ukrayna “Patriot”larının M901-dən M903 səviyyəsinə yüksəldilməsini, həmçinin təlim və logistika dəstəyini əhatə edir.

Qərar 15 günlük etiraz müddətinin bitməsindən sonra rəsmiləşəcək.