Trampla Putinin görüşü gecikə bilər

Trampla Putinin görüşü gecikə bilər
Dünya 21 Oktyabr 2025 14:26

 ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə tezliklə keçiriləcək sammitə dair ümidləri, liderlərin yüksək səviyyəli xarici siyasət müşavirləri arasında bu həftə keçirilməsi planlaşdırılan hazırlıq görüşünün təxirə salınmasından sonra ləngiyə bilər.

Sitat.info xəbər verir ki, bu barədə CNN bazar ertəsi məlumat verib.

Tramp dəfələrlə Ukraynada sülh istədiyini bildirib. Lakin o həmçinin qeyd edib ki, Ukraynada sülh tapmaq Qəzzada atəşkəsə nail olmaqdan və ya Hindistanla Pakistan arasında qısamüddətli münaqişəni bitirməkdən daha çətin olub.

Nigar,

Sitat.info