Ermənistan məhkəməsi Sərkisyana icazə verdi: ölkəni tərk edir?..

Ermənistan məhkəməsi Sərkisyana icazə verdi: ölkəni tərk edir?..
Gündəm 10 Oktyabr 2025 20:13

Ermənistan Antikorrupsiya Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sərkisyan barəsindəki qətimkan tədbirini qüvvədə saxlasa da, onun ölkədən çıxış qadağasını ləğv edib.

 
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
 
Məlumata görə, məhkəmə iclasının əvvəlində müdafiə tərəfi vəsatət verib. Dövlət sirri sayılan məlumatlar tələb olunduğu üçün işə bağlı qapılar arxasında baxılıb.
 
Yalnız dinləmələrdən sonra ölkədən çıxış qadağasının götürüldüyü aydın olub.