Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi

Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi
Gündəm 29 Sentyabr 2025 17:14

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib.

 

Bakupost.az xəbər verir ki, paylaşımda deyilir:

 

"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.

 

Allah rəhmət eləsin!".