Bu foto faciəvi əhvalatı sözsüz izah edir - Hikmət Hacıyev

Bu foto faciəvi əhvalatı sözsüz izah edir - Hikmət Hacıyev
Gündəm 27 Sentyabr 2025 17:40

Prezident İlham Əliyev balaca Nilayın - 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini zərifliklə tutur - həqiqətən də "danışan fotolar"dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir.

 

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkə hesabında yazıb.