Hazırda bu bölgələrə leysan yağır - FAKTİKİ HAVA

Hazırda bu bölgələrə leysan yağır - FAKTİKİ HAVA
Gündəm 20 Sentyabr 2025 17:39

Sentyabrın 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

Sitat.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 20-si saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Tovuz və Şabranda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.