"07" mağazaya çırpıldı - 4 nəfər yaralandı

\"07\" mağazaya çırpıldı - 4 nəfər yaralandı
Gündəm 15 Sentyabr 2025 17:13

Samuxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Sitat.info xəbər verir ki, "Unikal"ın məlumatına görə, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb. 

 

Qəza zamanı sürücü F.Həsənov və 3 nəfər xəsarət alıb.