Nuri Şahin Türkiyə klubunun baş məşqçisi oldu

Nuri Şahin Türkiyə klubunun baş məşqçisi oldu
Gündəm 15 Sentyabr 2025 17:00

Türkiyənin “Başakşehir” klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.

Sitat.info xəbər verir ki, İstanbul təmsilçisini Nuri Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Nuri Şahinin son iş yeri “Borussiya” (Dortmund) olub.