Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilib

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilib
Gündəm 08 Sentyabr 2025 15:28

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilərək Sumqayıt Sənaye Parkı adlandırılıb.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.