Ukrayna ordusu bu magistralı ruslardan təmizlədi

Ukrayna ordusu bu magistralı ruslardan təmizlədi
Dünya 26 May 2022 14:32

Rus işğalçıları artıq Lisiçansk-Baxmut magistralına nəzarət etmirlər.

Sitat.info xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

Onun sözlərinə görə, düşmənin diversiya-kəşfiyyat qrupu magistralda möhkəmlənə bilmişdilər.

“50 nəfərə yaxın idilər, hətta orada blokpost da qurmuşdular. Həmin blokpost dağıdılıb, diversantlar geri oturdulub. Artıq rus ordusu magistrala nəzarət etmir, amma hələ də oranı atəşə tutur. Baxmutdan Lisiçanska getmək olduqca çətindir”, - deyə Qayday bildirib.

/Axar.az