Ukraynanın bu hücumlarından çox qəzəbliyəm – Tramp

Ukraynanın bu hücumlarından çox qəzəbliyəm – Tramp
Gündəm 22 Avqust 2025 18:00

 

Ukraynanın “Drujba” neft kəmərinə hücumlarından çox qəzəbliyəm.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Macarıstan Baş naziri Viktor Orbana göndərdiyi məktubda qeyd olunub.

"Viktor, bunu eşitmək mənə xoş deyil. Buna çox qəzəblənirəm. Sən mənim böyük dostumsan”, - Tramp əlavə edib.

Qeyd edək ki, Ukraynanın növbəti dəfə “Drujba” neft kəmərini vurması nəticəsində Macarıstan və Slovakiyaya neft tədarükü kəsilib.