Tramp Alyaskaya yollandı

Tramp Alyaskaya yollandı
Gündəm 15 Avqust 2025 16:24

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Alyaskaya yollanıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi Den Skavino sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, Trampın olduğu təyyarə Endryus hərbi bazasından havaya qalxıb.

Qeyd edək ki, bu gün Alyaska ştatının Ankoric şəhərində ABŞ və Rusiya prezidentləri arasında görüş keçiriləcək.