Bu rayonlarda güclü külək əsəcək – Sarı xəbərdarlıq

Bu rayonlarda güclü külək əsəcək – Sarı xəbərdarlıq
Gündəm 26 İyul 2025 17:12

Azərbaycanın bəzi bölgələrində iyulun 27-28-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Culfa, Ordubad, Daşkəsən, Goranboy, Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz, Bərdə, Kəlbəcər, Cəbrayıl, Qobustanda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.