Çimərliklərdə hava necədir?

Çimərliklərdə hava necədir?
Gündəm 19 İyul 2025 11:42

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Sitat.info  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.