Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi
Gündəm 10 İyul 2025 19:50

 

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.

Sitat.info xəbər verir ki, qrupa 9-16 yaş arasında olan 30 ukraynalı uşaq daxildir. Onlar reabilitasiya və psixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcəklər.

Qeyd edək ki, üç ildən çoxdur ölkəmiz müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir. Bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.