Müəllimlərin yerdəyişməsi üçün vakansiya seçimi başa çatıb

Müəllimlərin yerdəyişməsi üçün vakansiya seçimi başa çatıb
Gündəm 23 May 2022 11:12

Bu gün saat 11:00-da Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşıb.

Nazirlikdən Sitat.info-ya verilən xəbərə görə, namizədlər həmin tarixədək seçim edərək elektron ərizələrini təsdiq ediblər. Vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərdilər.