İran geri addım atır: Nazir Əraqçıdan mühüm açıqlamalar

İran geri addım atır: Nazir Əraqçıdan mühüm açıqlamalar
Gündəm 15 İyun 2025 11:48

İran nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş sazişi bağlamağa hazır olduğunu açıqlayıb.

“Sitat.info” xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından (dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən) məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik”, - nazir qeyd edib.