Azərbaycandan Çinə getmək istəyənlərə mühüm xəbər: Bundan sonra...

Azərbaycandan Çinə getmək istəyənlərə mühüm xəbər: Bundan sonra...
Gündəm 27 May 2025 11:45

Milli Məclisə Azərbaycan və Çin vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında qanun layihəsi daxil olub.

 “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.