Azərbaycan - Ukrayna oyunu bu arenada keçiriləcək

Azərbaycan - Ukrayna oyunu bu arenada keçiriləcək
Gündəm 14 May 2025 17:24

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Sitat.info xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

D qrupunun 2-ci turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbacan millisi seçmə mərhələdə Ukrayna ilə yanaşı, Fransa və İslandiyaya da qarşı mübarizə aparacaq.