Sumqayıtda partlayışla nəticələnən yanğın oldu

Sumqayıtda partlayışla nəticələnən yanğın oldu
Gündəm 12 May 2025 21:00

Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb.

Sitat.info xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən 53 nömrəli binada qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddət ərzində nəzarətə götürülərək söndürülüb.

Hazırda yanğının başvermə səbəbi araşdırılır.