Bütün məsələlər ərazi bütövlüyü əsasında həllini tapmalıdır - İlham Əliyev

Bütün məsələlər ərazi bütövlüyü əsasında həllini tapmalıdır - İlham Əliyev
Gündəm 07 May 2025 19:43

Bu gün biz beynəlxalq hüququn aliliyi haqqında müzakirə apardıq.


Sitat.info-nun xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla mətbuata bəyanatda bildirib.

Prezident İlham Əliyev deyib ki, burada da fikir ayrılığı yoxdur: “Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı əsasında, beynəxalq hüquq çərçivəsində həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar, sülh yolu ilə həll olunmalıdır”.