Moskva və Bakı Rus Evinin açılmasını müzakirə edir - Səfir

Moskva və Bakı Rus Evinin açılmasını müzakirə edir - Səfir
Gündəm 05 May 2025 17:39

 

Rusiya və Azərbaycan Bakıda Rus Evinin fəaliyyətinin bərpası imkanlarını müzakirə edirlər.

Sitat.info xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.

“Azərbaycan tərəfinin tələbi ilə Rus Evi fəaliyyətini dayandırıb. Amma mənə elə gəlir ki, biz bu məsələ ilə bağlı müsbət dialoqa başlamışıq. “Sputnik” agentliyinin işi ilə bağlı da müzakirələr aparılır. Moskva qarşılıqlı məqbul həll yolu tapacağını gözləyir”, - səfir bildirib.