Tramp gələn ay Yaxın Şərq ölkələrinə səfər edəcək

Tramp gələn ay Yaxın Şərq ölkələrinə səfər edəcək
Dünya 22 Aprel 2025 23:04

ABŞ Prezidenti Donald Trampın gələn ay Yaxın Şərq ölkələrinə səfəri başlayır.

Sitat.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

Səfər 13-16 may tarixlərini əhatə edir.

Yaxın Şərq turnesi çərçivəsində ABŞ lideri Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də olacaq.