Rusiya Dneprə zərbə endirdi: ölən var

Rusiya Dneprə zərbə endirdi: ölən var
Gündəm 10 Aprel 2025 20:30

Rusiya hərbçiləri Dnepr şəhərinə raket zərbəsi endirib, azı bir nəfər ölüb, 3 nəfər xəsarətlər alıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zərbə endirilən yerdə genişmiqyaslı yanğın baş verib. Mülki obyektin ərazisində dağıntılar var.

Rusiya hərbçilərinin hansı obyekti vurduğu açıqlanmır.