İran xalqı ABŞ-la razılaşma istəyir - Mütəhhəri

İran xalqı ABŞ-la razılaşma istəyir - Mütəhhəri
Gündəm 08 Aprel 2025 18:12

Dövlət danışıq prosesini davam etdirməlidir və bu, nəticə verəcək.

Sitat.info xəbər verir ki, bunu İran parlamenti sədrinin sabiq müavini Əli Mütəhhəri deyib.

Mütəhhəri radikal mühafizəkarların Trampı öldürmək barədə çağırışlarını pisləyib və əksər iranlıların ABŞ-la razılaşmanın tərəfində olduqlarını söyləyib.

Qeyd edək ki, ötən həftə Əli Xameneinin ofisinə bağlı "Keyhan" qəzetinin məsulu Hüseyn Şəriətmədari Donald Trampın öldürülməsinin vacibliyini yazmışdı.