Macarıstan bu hüququndan məhrum edilməlidir - Tallin

Macarıstan bu hüququndan məhrum edilməlidir - Tallin
Gündəm 05 Aprel 2025 20:14

Macarıstan AB-də səsvermə hüququndan məhrum edilməlidir, çünki o, “Putinin komandasında oynayır”.

Sitat.info xəbər verir ki, bunu Estoniya XİN rəhbəri Marqus Tsahkna deyib.

“Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına mane ola bilər. Avropa Birliyi haqqında müqavilənin AB-nin təhlükəsizliyini təhdid etdiyi təqdirdə dövlətin səsvermə hüququnun ləğv edilməsi imkanını nəzərdə tutan maddəsindən istifadə etməklə etmək olar”, - nazir bildirib.