Mahir Emreli karyerasını Azərbaycanda davam etdirəcək?

Mahir Emreli karyerasını Azərbaycanda davam etdirəcək?
Gündəm 01 Aprel 2025 17:36

Bundesliqaya vəsiqə qazanacağımız təqdirdə sözləşmənin müddəti uzadılacaq. Amma elitaya vəsiqə əldə edə bilməsək, qalmaya bilərəm. Hazırkı durum bunu göstərir.

Sitat.info xəbər verir ki, bu sözləri Report-a Azərbaycan millisinin və Almaniyanın "Nürnberq" klubunun futbolçusu Mahir Emreli deyib.

M.Emreli "Nürnberq"dən ayrılacağı təqdirdə karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyi ilə bağlı suala da cavab verib:

"Klubdan ayrılıb-ayrılmayacağımı bilmirik. Bu barədə düşünmürük. Hələlik plan qurmamışıq. Kim məni komandasında daha çox görmək istəyirsə, doğru addım nədirsə, mənim üçün nə xeyirlidirsə, onu da edəcəyik. Agentlərim və ailəmlə müzakirə edəcəyik".