Aİ Rusiyanı ukraynalı hərbi əsirləri azad etməyə çağırıb

Aİ Rusiyanı ukraynalı hərbi əsirləri azad etməyə çağırıb
Dünya 01 Aprel 2025 08:28

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanı ukraynalı hərbi əsirləri azad etməklə yaxşı niyyətini göstərməyə çağırıb.

Apa xəbər verir ki, bu barədə N-tv kanalı məlumat yayıb.

Onun fikrincə, Moskva oyun oynayır və əslində danışıqları istəmir. Məhz buna görə də ABŞ bu müharibəni dayandırmaq üçün Rusiyaya daha çox təzyiq göstərməlidir.

Diplomat bundan əvvəl Ukraynada atəşkəsə nail olmaq üçün dəqiq tarixlərin müəyyənləşdirilməsinin vacibliyini bildirib. O, bu barədə Madriddə keçirilən G5 ölkələrinin (İspaniya, Almaniya, Fransa, İtaliya və Polşa) xarici işlər nazirlərinin görüşündən sonra açıqlama verib.