Azərbaycanda iki yüksək vəzifəyə təyinat

Azərbaycanda iki yüksək vəzifəyə təyinat
Gündəm 15 Mart 2025 13:12

 

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni təyinatlar olub.

Sitat.info xəbər verir ki, Tural Mailov və Aygün Musayeva Agentliyin idarə heyətinin sədri Fərid Məmmədovun müavinləri təyin olunublar.

Tural Mailov bu təyinata qədər DOST Agentliyinin idarə heyətinin sədrinin müşaviri, Aygün Musayeva isə DOST xidmətləri departamentini müdiri olub.