Trampla Putin yenə danışdı

Trampla Putin yenə danışdı
Gündəm 14 Mart 2025 17:52

ABŞ Prezidenti Donald Tramp martın 13-də Rusiya Prezidenti Vladimir Putinlə danışıb.

Sitat.info xəbər verir ki, bu barədə Tramp özü açıqlamasında bildirib.

Tramp Putinlə çox yaxşı və məhsuldar müzakirə apardığını deyib.

Onun sözlərinə görə, Putindən Kursk vilayətində tamamilə mühasirəyə alınmış Ukrayna ordusuna aman verməyi xahiş edib.