Bu, yalnız Türkiyənin iştirakı ilə mümkündür - Fidan

Bu, yalnız Türkiyənin iştirakı ilə mümkündür - Fidan
Gündəm 06 Mart 2025 20:40

Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan xorvatiyalı həmkarı Qordan Qlik Radmanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O söyləyib ki, Avropanın təhlükəsizliyi təkcə Ukrayna ilə bağlı məsələ deyil.

Nazir qeyd edib ki, ölkəsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır:

“Biz həmişə bildirmişik ki, dialoqa və demokratiyaya əsaslanan təşəbbüslərə açığıq".

H.Fidan Türkiyənin bundan sonra da Suriyanı dəstəkləyəcəyini diqqətə çatdırıb.