İran ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

İran ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi
Gündəm 01 Mart 2025 19:58

İran İsrail və ABŞ-ın hərəkətlərindən ehtiyat edərək, əsas nüvə obyektləri yaxınlığında müdafiəni gücləndirib.

Sitat.info xəbər verir ki, bu barədə "Telegrаf" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, İran hakimiyyəti hər gecə hücumun ola biləcəyini gözləyir. Bu səbəbdən hətta heç kimə məlum olmayan obyektlərdə də hər şeyi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Tehran ölkənin varlığını təhlükə altına ala biləcək kütləvi zərbədən ehtiyat edir”, – nəşrin məqaləsində qeyd olunur.