Türkiyə üçün PKK ilə bağlı təhlükələr aradan qaldırılmalıdır - Fidan

Türkiyə üçün PKK ilə bağlı təhlükələr aradan qaldırılmalıdır - Fidan
Gündəm 28 Fevral 2025 09:27

ABŞ xüsusilə Suriyada İŞİD-lə mübarizə ilə bağlı əlaqələrin parametrlərinə yenidən baxmalı və Türkiyə üçün təhlükə yaradan PKK-ya dəstək öhdəliyindən xilas olmalıdır.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzira” telekanalına müsahibəsi zamanı deyib.

Fidan ABŞ və Avropa ölkələrinin hələ də PKK/YPG-yə dəstək verdiyini vurğulayaraq PKK/YPG-nin Suriya ərazisinin üçdə birini işğal etdiyini bildirib.