Türkiyənin 31 vilayətində əməliyyat: 353 nəfər saxlanıldı

Türkiyənin 31 vilayətində əməliyyat: 353 nəfər saxlanıldı
Gündəm 21 Fevral 2025 20:24

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb.

Nazir əməliyyat nəticəsində 353 şübhəli şəxsin saxlanıldığını bildirib.

Sözügedən şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri qeyd olunub.