Qərbin tək qoyduğu Zelenskini çətiri altına aldı…

Qərbin tək qoyduğu Zelenskini çətiri altına aldı…
Gündəm 18 Fevral 2025 17:14

Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vldimir Zelenskinin Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanma mərasimində maraqlı anlar yaşanıb.

Sitat.info xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

“Qarşılama mərasimində diqqəti çəkən detallardan biri də Ərdoğanın Qərbin tək qoyduğu Zelenski ilə çətirini bölüşməsi oldu”, - nəşr qeyd edir.

Prezident Ərdoğan Ukrayna liderini Prezident sarayında qəbul edib. Türkiyə prezidenti həmkarını sarayın girişində qarşılayıb. Ərdoğan və Zelenski Türkiyə və Ukrayna bayraqları qarşısında şəkil çəkdirib.