Rusiyada Markaryana qarşı cinayət işi açıldı

Rusiyada Markaryana qarşı cinayət işi açıldı
Gündəm 29 Yanvar 2025 17:40

Moskva Prokurorluğu erməni əsilli bloger Arsen Markaryan barəsində "terrorizmə açıq çağırışlar" ittihamı ilə cinayət işi açılmasını tələb edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, səbəb onun yayımlarından biri olub. Həmin yayımda o, "Rusiya Federasiyası vətəndaşlarına qarşı dronlardan istifadə etməklə terror fəaliyyətinə çağırış" edib.

Xatırladaq ki, onun bir müddət əvvəl "Ermənistan Azərbaycanın tərkibində olacaq" açıqlaması İrəvanda etirazlara səbəb olmuşdu.