Milli mətbuatının 150 illiyi münasibətilə medal təsis ediləcək

Milli mətbuatının 150 illiyi münasibətilə medal təsis ediləcək
Gündəm 23 Yanvar 2025 11:14

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə medal təsis ediləcək.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.