Herzi Halevi istefa verdi

Herzi Halevi istefa verdi
Dünya 21 Yanvar 2025 19:22

İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi istefa ərizəsi verib.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bu gün İsrailin müdafiə naziri İsrael Katza bildirdim ki, İsrail Müdafiə Qüvvələrinin oktyabrın 7-də üzləşdiyi uğursuzluğa görə məsuliyyəti qəbul etdiyim üçün və İsrail Müdafiə Qüvvələrinin əhəmiyyətli nailiyyətlər əldə etdiyi və Qəzza zolağında olan girovlarımızın azad edilməsi haqqında sazişin həyata keçirilməsi prosesində olduğu bir vaxtda 6 mart 2025-ci il tarixində vəzifəmdən getməyimə icazə verməyinizi xahiş edirəm", - Halevinin bəyanatında deyilir.