"Real Madrid" İspaniya La Liqası tarixində ilkə imza atıb

\"Real Madrid\" İspaniya La Liqası tarixində ilkə imza atıb
Gündəm 04 Yanvar 2025 15:15

spaniya təmsilçisi "Real Madrid" La Liqa tarixində 5 000 xal toplayan ilk komanda olub.

Sitat.info xəbər verir ki, "kral klubu" ölkə çempionatının XVII turundan təxirə salınmış oyunda "Valensiya"ya qalib gələrək (2:1) bu uğura imza atıb.

Paytaxt klubu 5000 xalı 94 mövsüm ərzində əldə edib.

Qeyd edək ki, komanda ümumilikdə 1 833 qələbə qazanıb, 6 526 qol vurub.