“Flydubai” Rusiyanın bu şəhərinə uçuşları bərpa etdi

“Flydubai” Rusiyanın bu şəhərinə uçuşları bərpa etdi
Dünya 03 Yanvar 2025 12:59

“Flydubai” yanvarın 3-dən etibarən Soçidən Dubaya uçuşları bərpa edib.

Sitat.info xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Məlumata görə, uçuşlar bazar ertəsi, çərşənbə və şənbə günləri “Boinq 737” təyyarəsi ilə yerinə yetiriləcək və mart ayından etibarən gündəlik olacaq.

Qeyd edək ki, “Flydubai” aviaşirkəti yanvarın 2 və 3-dək Dubaydan Mineralnıye Vodı və Soçiyə reysləri təxirə salmışdı.