Qəzaya uğrayan təyyarədən sağ çıxan 9 Rusiya vətəndaşı Moskvaya gətirilib
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsində sağ qalan 9 Rusiya vətəndaşının təyyarə ilə paytaxt Moskvaya aparıldığı bildirilib.
Təyyarədə olan vətəndaşlar Moskvanın Jukovski hava limanına enib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.
Sağ qalanlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.
Xatırladaq ki, Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus "Embraer 190" tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
AZAL təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfərin olduğunu açıqlayıb.
Qəza nəticəsində 38 nəfərin öldüyü, 29 nəfərin sağ qaldığı, təyyarədə 16 Rusiya vətəndaşının olduğu bildirilib.
Tehran,
Sitat.info