İlhamə Elşadqızı da saxlanıldı

İlhamə Elşadqızı da saxlanıldı
Gündəm 24 Dekabr 2024 12:48

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polisin keçirdiyi tədbirlər davam etdirilir.

Sitat.info xəbər verir ki, tədbirlər çərçivəsində özünü şairə və tiktoker kimi təqdim edən İlhamə Elşadqızı da polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, dünən keçirilən tədbirlər çərçivəsində bir neçə tiktoker və sosial şəbəkədəki yarışların təşkilatçısı Azər Zahid də saxlanılmışdı.