Rusiya hərbi bazalarının Suriyada qalması... – Türkiyə

Rusiya hərbi bazalarının Suriyada qalması... – Türkiyə
Dünya 16 Dekabr 2024 18:40

 

Rusiya və ya hər hansı bir ölkənin hərbi bazalarının Suriyada qalıb-qalmaması məsələsi iki tərəf arasında həll edilməlidir.

Sitat.info  xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik brifinqdə deyib.

“Bu prosesə üçüncü ölkələrin qarışması Suriyada yaşanan köhnə çətinliklərin başqa formada təzahürü olacaq”, - Çelik əlavə edib.