Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib

Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib
Gündəm 14 Dekabr 2024 18:57

2012-ci ildən bağlı olan Türkiyənin Dəməşqdəki səfirliyi bu gün açılıb.

Sitat.info  xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, binanın üzərində Türkiyə bayrağı ucaldılıb.

Daha əvvəl Türkiyə Mavritaniyadakı səfir Burhan Koroğlunu Suriyada müvəqqəti işlər vəkili təyin edib.